Azərbaycanda yeni baş məşqçi özünə 5 köməkçi götürdü

7 İyul 2023 01:00 Kəpəz 1 584
Azərbaycanda yeni baş məşqçi özünə 5 köməkçi götürdü

"Kəpəz"in baş məşqçisi Azər Məmmədovun köməkçiləri məlum olub.

Sportinfo.az xəbər verir ki, 47 yaşlı mütəxəssisin korpusunda Xaliq Mərdanov, Etibar İbrahimov, Vasif Vəliyev, Tariyel Hüseynov (qapıçı məşqçi) və İlkin Verdiyev (analitik məşqçi) yer alıb.

Azər Məmmədov "Kəpəz"in baş məşqçisi postunda Tərlan Əhmədovu əvəz edib.

Ötən ay onunla 1+1 illik müqavilə imzalanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti