Bir neçə gün öncə "Kəpəz”in baş məşqçi postunda dəyişiklik oldu. İstefa verən Əhmədovu gəncəli veteran futbolçu Azər Məmmədov əvəzlədi.
Gəncənin keçmiş futbolçuları bu təyinata münasibətini bildirib.
Sportinfo.az xəbər verir ki, onlar qaynarinfo-ya açıqlamasında yeni məşqçini dəstəklədiklərini söyləyib:
Fazil Pərvərov: "Hər iki məşqçi bizim üçün əzizdir. Nəyin necə olacağını zaman göstərəcək. Təki "Kəpəz" üçün ən yaxşısı olsun".
Firuz Qulami: "Azərlə birlikdə futbol oynamışıq. Münasibətimiz çox yaxşıdır. İşlərində uğurlar arzulayıram”.
Samir Allahverdiyev: "Bu rəhbərliyin qərarıdır. Azər Məmmədovun rəhbərliyi altında "Kəpəz”in necə olacağını zaman göstərəcək. Məmmədov gənc məşqçidir. Azər də, Tərlan da bizimdir. Hansı məşqçi gəlsə, veteranlar onu dəstəkləyəcək. Əhmədov məşqçi kimi qarşısına qoyulan məqsədə çatdı. Deyilmişdi ki, komanda Premyer Liqada qalmalıdır. O da "Kəpəz”i yüksək dəstədə saxladı. Ancaq onun niyə göndərilməsi ilə bağlı dəqiq məlumatımız yoxdur. İstənilən halda kim olur-olsun, onu dəstəkləyəcəyik”.

