“Kəpəz”də qarışıq durum davam etməkdədir.
İlqar Nadirinin klubu iadrə edə bilməməsinin növbəti sübutunu görməkdəyik.
Belə\ ki, ötən həftə əvəzedici komandanın baş məşqçisi təyin olunan Zaur Əsədov buradan uzaqlaşdırılıb.
Yeni işində “bismillah” eləməyə macal tapmayan gənc çalışdırıcını yenidən Xaliq Mərdanov əvəzləyib.
Qəfil dəyişikliyin səbəbini soruşursuz? Heç zad, Xaliq Mərdanovla Azər Məmmədov arasında yaranan gərginlik.
Ötən ay əsas komandanın başına keçən Məmmədov yardımçısı ilə yola getməyib, mübahisə ediblər.
Mərdanov da ondan inciyərək, “dubl”un sükanı arxasına dönüb.
İdarə Heyətinin sədri hara baxır? Təəssüf ki, İlqar Nadirinin gücü nəyəsə çatmır.
Özündən başqa. Odur ki, sakitcə bir kənarda dayanıb, olanları seyr etməklə kifayətlənir.
SPORTİNFO.AZ

