Avazı yaxşı gəlir: "Yeni mövsümdə də bombardir olmağı düşünürəm"

16 İyul 2023 15:40 Kəpəz 904
Avazı yaxşı gəlir: "Yeni mövsümdə də bombardir olmağı düşünürəm"

"Kəpəz"in legioneri Andullahi Şuaybu klubun mətbuat xidmətinə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, nigeriyalı hücumçu əvvəlcə komandanın yeni mövsümə hazırlığından danışıb:

"Komandamız təlim-məşq toplanışına başlayıb. İşlər yaxşı gedir.

Yeni komanda qurulur. Ümid edrəm ki, bu kollektiv yaxşı nəticə verəcək. İnşallah, belə də olar.

Özümə gəlincə, fikrim məşqlərə yönəlib. Komandam üçün əlimdən gələn ən yaxşısını edəcəyəm".

Ötən mövsüm çempionatda vurduğu 11 qolla "Kəpəz"in bombardiri olan 21 yaşlı futbolçu yenə qollarını sıralamağa çalışacağını bildirib:

"Ötən çempionatdan daha yaxşı çıxış etməyə çalışacağıq. Starta kimi mübarizəyə hazır olacağıq.

Bəli, ötən mövsüm komandanın ən sərrast futbolçusu olmuşdum. qol ötürmələri də vermişdim. Yeni mövsümdə də qolları sıralamağı, bombardir olmağı düşünürəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti