Növbəti mövsümün hazırlıqlarını davam etdirən “Kəpəz” yeni futbolçu ilə güclənib.
Gəncə təmsilçisinin müqavilə razılığını aldığı Olavale Onanuqa bu gün Bakıya təşrif buyurub.
25 yaşlı nigeriyalı müdafiəçi ilə 1 illik anlaşma nəzərdə tutulub. Klub rəhbərliyi Olavale ilə rəsmi sözləşmə əldə etdikdən sonra transfer xəbərini ictimaiyyətə açıqlayacaq.
2021-ci ildən Albaniya “Kastrioti”sinin şərəfini qoruyan Onanuqa burada meydana çıxdığı 65 oyunda 1 qolla yadda qalıb.
Əlvaə edək ki, “Kəpəz” mövsümlərarası fasilə dönəmində heyətini Vurğun Hüseynov, Rüfət Əhmədov, Ehtiram Şahverdiyev, Zamiq Əliyev, Əli Səmədov, Elmir Tağıyev, Vladislav Vasilyuçeklə gücləndirib, müqavilə müddəti başa çatan futbolçularla yeni anlaşma əldə edib.
HƏBİB / SPORTINFO/AZ

