Gəzməyə xaric, pul olmayanda Bakı yaxşı...

15 İyul 2023 14:20 Kəpəz 1 157
Gəzməyə xaric, pul olmayanda Bakı yaxşı...

"Kəpəz" Premyer Liqana hazırlığın növbəti mərhələsini Bakıda keçirəcək.

Sportinfo.az xəbər verir ki, "sarı-göylər" iyulun 28-dək paytaxtda qalacaq.

Təlim-məşq toplanışı "Dalğa Arena"da gerçəkləşəcək. Komanda bu gün iki məşqə çıxacaq.

Dünən "Zirə" ilə yoxlama oyununda (1:2) iştirak edən futbolçular bərpa məşqi ilə kifayətlənəcəklər.

Yüngül zədəsi olan Abdullahi Şuaybu, Tural Rzayev və komandaya gec qoşulan Mate Kvirkviya isə fərdi halda çalışacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!