Azərbaycan klubunun yeni transferini reklam etdi: “Yaxşı oğlandır, bu, bəs edər”

15 İyul 2023 01:10 Kəpəz 902
Azərbaycan klubunun yeni transferini  reklam etdi: “Yaxşı oğlandır, bu, bəs edər”

"Hazırlaşırıq. "Zirə" ilə yoxlama oyunundan sonra iki həftəlik toplanış olacaq. Səylə çalışacağıq, ümid edirik ki, hər şey yaxşı olacaq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Kəpəz"in futbolçusu Teqor Xvalko klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Belaruslu müdafiəçi deyib ki, ötən mövsüm olduğunu kimi, bu mövsüm də çempionat gərgin keçəcək:

"Heç kim zəifləməyib, əksinə, komandalar daha güclənib. Qarşıya qoyulan hədəfə çatmağa çalışacağıq.

Komandanın yenilənməsi, kiminsə getməsi, kiminsə gəlməsi normaldır. Azarkeşlərimizi gözləyəcəyik.

Onlar hər zaman bizə dəstək olub Evdə onların önündə oynamaq rahatdır. Səfərə də gəlir, dəstək olurlar. Onlara minnətdarıq".

Xvalko həmyerlisi Vladislav Vasilyuçekn transferi ilə bağlı da danışıb:

"Həmyerlim məşq edir, hazırlaşır. Komandada ikinci belaruslunun olması sevindiricidir. Əsas odur, yaxşı oğlandır, bu, bəs edər. Belə düşünürəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti