"Kəpəz" müqavilə müddəti bitən daha bir legionerini düşərgəsində saxlaya bilib.
Ötən ay komandadan ayrılan Mate Kvirkviya “daşı ətəyindən töküb”.
Özbəkistandan təklif alan gürcüstanlı yarımmüdafiəçi ilə 1 illik yeni sözləşmə imzalanıb.
27 yaşlı vinger ötən ilin iyul ayından "Kəoəz"də çıxış edir. O, Premyer Liqada 33 oyuna 2 qol vurub, 3 qol ötürməsi edib.
Mate Gəncə təmsilçisində bu dəfə daha çox pul qazanacaq. Gürcünün aylıq gəliri keçən illə müqayisədə hardasa iki dəfə artırılıb.
Bundan sonra 6000 dollar civarında əməkhaqqı alacaq.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

