"Kəpəz" daha bir futbolçu ilə güclənib.
Sportinfo.az xəbər verir ki, yeni baş məşqçi Azər Məmmədov Əli Səmədovu geri qaytarıb.
Gəncə futbol məktəbinin yetirməsi ilə birillik müqavilə imzalanıb.
"Kəpəz"in sabiq çalışdırıcısı Tərlan Əhmədovun komandadan göndərdiyi Səmədov son mövsümün ikinci hissəsini "Şamaxı"da keçirib.
O, “Kəpəz”in futbol akademiyasının baş koordinatoru İlham Səmədovun oğludur.

