Ora-bura getməyək, o pula 1 legioner alaq – Səbəb bu imiş...

7 İyul 2023 21:00 Kəpəz 972
Ora-bura getməyək, o pula 1 legioner alaq – Səbəb bu imiş...

Premyer Liqanın digər klublarından fərqli olaraq, “Kəpəz” mövsümlərarası fasiləni Azərbaycanda keçirəcək.

Yeni sezon hazırlıqlarına bir müddət əvvəl doğma Gəncədə start verən komnada təlim-məşq toplanışının əsas mərhələsini Bakıda keçəcək.

Nizami yurdunun təmsilçisi paytaxtda bir neçə yoxlama oyununa da çıxacaq.

“Kəpəz”in ölkə xaricinə üz tutmaması qərarı klub rəhbərliyinə aid deyil. Bu, bilavastə Azər Məmmədovun planıdır.

İyunda baş məşqçi postuna əyləşən mütəxəssis xaricdə təlim-məşq toplanışının təşkilinə xərclənəcək vəsaitin transfer büdcəsinə əlavə olunmasını istəyib.

Belə ki, yay səfərinin ləğvi hesabına yığılıb qalan 40-50 min dollar vəsaitlə daha 1 artıq legioner alınmasını məqsədəuyğun sayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti