Yeni mövsümə hazırlıqların davam etdirən "Kəpəz" heyətini daha bir futbolçu ilə gücləndirib.
Söhbət komandanın sabiq üzvü Əli Səmədovdan gedir.
Gəncə futbolunun yetirməsi artıq doğma klubun düşərgəsinə qoşulub.
Qərb təmsilçisi 25 yaşlı mərkəz yarımmüdafiəçisinə görə xərcə düşməli olub.
Belə ki, onun müqaviləsi olduğu "Şamaxı"ya transfer qarşılığında 10 min manat ödəniş olunub.
Əli 2022/23 mövsümünün birinci yarısını "Kəpəz"də (7 oyun), ikinci yarısını isə "Şamaxı"da (14 oyun) keçirib.
XANOĞLAN / SPORTİNFO.AZ

