“Kəpəz” Futbol Akademiyası tezliklə faəliyyətə başlayacaq.
AFFA tərəfindən ayrılan maliyyə hesabına tikintisi aparılan mərkəzin bu yay istifadəyə verilməsi nəzərdə tutulub.
Qarşıdakı günlərdə açılış mərasımı keçiriləcək.
Akademiyanı saxlamaq üçün personala ehtiyac var. Yeməkxana və yataqxana fəaliyyət göstərməlidir, çamaşırxana işə salınmalıdır. Hər biri vəsait tələb edir.
Müvafiq qurumların və ya şəxslərin gələn ayın sonuna qədər məsələ ilə bağlı müsbət qərar verəcəyi ehtimal olunur.
Düşünmək olardı ki, akademiyanın fəaliyyətə başlaması “Kəpəz”i bəzi xərclərdən azad edəcək.
Məsələn, əsas komandanın legionerləri mənzil icarəsi üçün klubdan aylıq 400-500 manat pul alır.
Kollektivdə 7-8 legionerin olacağını nəzərə alsaq, bu, məhdud büdcəyə uyğun addım atan klub üçün az vəsait deyil.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

