“Kəpəz” mövsümlərarası fasilə dönəmində növbəti transferini gerçəkləşdirib.
Bölgə təmsilçisi Rüfət Əhmədovla güclənib.
“Qəbələ”nin yetirməsi olan 20 yaşlı sol cinah müdafiəçisi qarşıdakı mövsümdə icarə əsasında sarı-göy formanı geyinəcək.
U-21 millisinə də cəlb olunan futbolçu artıq Gəncəyə gedərək yeni komandasının məşqlərinə qoşulub.
Baş məşqçi Azər Məmmədov onu “Kəpəz”i “Səbail”ə dəyişən Yusif Nəbiyevin əvəzləyicisi gözündə görür.
Rüfət Əhmədov son mövsümü zədə səbəbindən başa vurub. Hazırda vəziyyəti qənaətbəxş hesab olunur.
Gəncə təmsilçisi yay fasiləsində Vurğun Hüseynovu rənglərinə bağlayıb, Yeqov Xvalko və Elçin Əlicanovla olan müqavilənin müddəti 1 illik artırılıb.
HƏBİB / SPORTİNFO.AZ

