“Kəpəz”: 1-i gəldi, 2-si yol üstədir

1 İyul 2023 20:40 Kəpəz 2 034
“Kəpəz”: 1-i gəldi, 2-si yol üstədir

“Kəpəz” yeni mövsümün hazırlıqlarına start verib.

Qərb təmsilçisi hələ ki, tam tərkibdə məşq edə bilmir.

Ötən mövsüm “sarı-göylər”in şərəfini qoruyan futbolçuların bir çox komandanı tərk edib. Digərləri ilə danışıqlar davam edir.

“Kəpəz”lə müqaviləsi davam edən legionerlər də hələ ki, düşərgəyə qoşulmayıb. Daha doğrusu, üç nəfərdən yalnız Junior Martins gəlib və iyunun 30-dakı məşqdə iştirak edib.

Abdullahi Şuaybu ilə Yeqor Xvalko isə vətənindədir. Sözügedən əcnəbilər üçün bilet sifariş olunub. Hər ikisi iyulun 3-də Gəncədə olacaq.

Gəncəlilər toplanış çərçivəsində ilk sınaq matçını iyulun 7-də Bakıda “Səbail”ə qarşı keçirəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti