"Danışıq apardığımız futbolçular var”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in baş məşqçisi Azər Məmmədov deyib.
Yaxınlarda komandada işə srart verən çalışdırıcı bildirib ki, hər mövqeyə oyunçu lazımdır:
“Əlimizdəki büdcəylə mehriban və mübariz kollektiv yaratmağa çalışacağıq. Gəncə elə şəhərdir ki, burada futbolçu öz-özünə yetişir.
Sadəcə, şəhər futbolda bir neçə il itirdiyi üçün müəyyən boşluqlar yaranıb. Ötən mövsüm "Kəpəz"dən ayrılan gəncəli oyunçuları qaytarmağa çalışacağıq".

