“Kəpəz” maliyyə çatışmazlığı ilə üzləşib.
Premyer Liqaya qayıdış mövsümündə 8-ci pilləni tutan Gəncə təmsilçisinin planları bu üzdən dəyişib.
Qərb klubu vəsait tapmadığından, elitanın digər nümayəndələrindən fərqli olaraq, yay hazırlıq dönəmində respublikadan kənara çıxa bilməyəcək.
Azər Məmmədovu baş məşqçi postuna gətirmiş “Kəpəz” rəhbəliyi Türkiyəyə yollanmaq variantının üzərindən qara xətt çəkib.
Gələn sezonun hazırlıqlarına doğma şəhərdə start verən kollektiv daha sonra Bakıya təşrif buyuracaq. Hər halda klubda son durum belədir.
Qarşıdakı günlərdə planlar dəyişərsə, bu barədə də oxucularımızı məlumatlandıracağıq.
Necə deyərlər, Azərbaycan futbolunda hər dəqiqənin, hətta hər saniyənin öz hökmü var.
SPORTİNFO.AZ

