“Kəpəz”ə qayıtmağa tərəddüd edir – Əhmədova və az maaşa görə

28 İyun 2023 15:00 Kəpəz 2 338
“Kəpəz”ə qayıtmağa tərəddüd edir – Əhmədova və az maaşa görə

“Kəpəz” Şakir Seyidovdan sonra “Sabah”ın daha bir futbolçusunu icarəyə götürmək istəyir.

Gəncə təmsilçisi son 6 ayda xidmətindən yararlandığı Abdulla Rzayevlə əməkdaşlıqda maraqlıdır.

Əslində, klublar arasında heç bir problem yoxdur - masazırlılar müqavilə ilə ona məxsus olan müdafiəçini yenidən icarəyə verməyə hazırdır.

Sadəcə, baş məşqçisini dəyişən “Kəpəz”in təklif etdiyi əməkhaqqı Abdullaya az görünür. Nizami yurdunun komandası gənc arxa xətt oyunçusuna cəmi 2500 manat ödəmək fikrindədir.

“Qəbələ” və “Araz Naxçıvan”ın da yaxından maraqlandığı Rzayevi narahat edən digər məsələ Tərlan Əhmədovun “Kəpəz”dən ayrılmasıdır.

Ona özünü göstərmək üçün şanş vermiş çalışdırıcının gedişi Abdullaya pis təsir göstərib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti