Bölgə təmsilçisi ikinci legioneri gətirir – İyulun 1-nə qədər...

27 İyun 2023 20:40 Kəpəz 2 162
Bölgə təmsilçisi ikinci legioneri gətirir – İyulun 1-nə qədər...

Yeni mövsümə yeni baş məşqçi ilə hazırlaşan “Kəpəz”də əsas diqqət komandanın komplektləşdirilməsinə ayrılıb.

Hazırda bir nömrəli məqsəd ötən sezonda komandanın şərəfini qoruyan futbolçularla müqaviləni yeniləməkdir.

Gəncə təmsilçisi bununla yanaşı komandanın gücləndirilməsinə çalışır.

Təcrübəli futbolçu Vurğun Hüseynovun karyerasını sarı-göy formada davam etdirəcəyi dəqiqləşib. Başa çatan mövsümü Albaniya “Kastrioti”sində keçirən Olavale Onanuqa ilə də 1 illik anlaşma razılaşdırılıb.

Sıradakı məqsəd qapı xəttini məhkəmləndirməkdir ki, bu yöndə aparılan işlər yekunlaşmaq üzrədir.

“Kəpəz” rəsmiləri “çərçivə”ni legioner futbolçuya tapşıracaq. Artıq xeyli vaxtdır iki qapıçı ilə danışıqlar gedir.

Biri Bosniyadandır, digəri Belarusdan. Adları açıqlanmayan futbolçularla müqavilə məsələsində müzakirələr davam edir. İkisindən biri karyerasını Azərbaycanda davam etdirəcək.

Məsələ ilə bağlı yekun qərar yaxın 3-4 gün ərzində yekunlaşacaq. Daha doğrusu, iyulun 1-nə qədər tam aydınlıq gələcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti