İyunun 26-da növbəti mövsümün hazırlıqlarına start verən “Kəpəz” məşqləri doğma şəhərdə keçəcək.
Gəncə təmsilçisi gələn ay Bakıya gəlib, iyulun 7-də “Səbail”lə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Hazırda gündəmdə olan əsas sual “sarı-göylər”in toplanışın əsas mərhələsi üçün ölkə xaricinə yollanıb-yollanmayacağıdır.
“Kəpəz” hazırlıq prosesini Azərbaycanda keçəcək. Baş məşqçi ikinci mərhələdə yoldaşlıq görüşləri üçün Türkiyəyə yollanmağın vacibliyini diqqətə çatdırsa da, klub rəhbərliyi belə bir imkanın olmadığını bildirib.
Klubun büdcəsinin məhdud olması qardaş ölkəyə yollanmaq arzusunun üstündən xətt çəkib. Odur ki, “Kəpəz” ötən yay olduğu kimi, bu dəfə də təlim-məşq toplanışını ölkə daxilində davam etdirməli olacaq.
Artıq bu məsələdə qərar qəbul olunub və Türkiyə mövzusu bağlanıb.
HƏBİB

