Kasıb bölgə klubları dil tapa bilmir: “Pul ver, apar”

26 İyun 2023 21:20 Kəpəz 1 489
Kasıb bölgə klubları dil tapa bilmir: “Pul ver, apar”

Heyəti gücləndirmək yönündə çalışmaları davam etdirən “Kəpəz” “Şamaxı” rəhbərliyi ilə danışıqları davam etdirir.

Qərblilər Gəncə futbolunun iki yetirməsini – Əli Səmədovla Zahid Xəlilovu doğma şəhərə qaytarmaqda israrlıdır.

Lakin “Şamaxı” rəhbərliyi təklifə isti yanaşmır.

Başbilənlər müqavilə ilə bu ilin sonuna qədər şamaxılılara məxsus olan futbolçular üçün təzminat tələb edir. “Kəpəz”in isə qarşı tərəfə təzinat haqqı ödəməyə imkanı çatmır.

Gəncəlilər çıxış yolu kimi sözügedən futbolçuları icarəyə götürməyi təklif etsə də, “Şamaxı”dakı söz sahibləri bu varianta da isti yanaşmayıb.

Odur ki, iş dolaşığa düşüb. Qərb təmsilçisi istəyinə çatmaq üçün çıxış yolları axtarır.

“Kəpəz” növbəti mövsümün hazırlığına iyunun 26-da Gəncədə başlayacaq və iyulun 7-də Bakıda “Səbail”lə yoldaşlıq görüşü keçirəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti