“Kəpəz” sürpriz rəqiblə oynayacaq – Yeni baş məşqçi üçün XÜSUSİ...

26 İyun 2023 16:40 Kəpəz 2 120
“Kəpəz” sürpriz rəqiblə oynayacaq – Yeni baş məşqçi üçün XÜSUSİ...

“Kəpəz” bu gün növbəti mövsümün hazırlıqlarına start verəcək.

Toplanışın ilkin mərhələsi Gəncədə baş tutacaq.

Baş məşqçi Azər Məmmədov 10 günlük hazırlığın ardından futbolçularını yoldaşlıq görüşündə iş başında izləyəcək.

Artıq rəqib tapılıb, matçın keçirilmə vaxtı da razılaşdırılıb.

“Kəpəz” iyulun 7-də baş məşqçinin keçmiş, eyni zamanda sonuncu komandası olan “Səbail”lə oynayacaq.

Matçın hansı stadionda keçirilməsi barədə dəqiq məlumat olmasa da, Şahin Diniyevlə Azər Məmmədov istirahət dönəmindən sonrakı ilk oyunun təbii ot örtüklü meydanda baş tutmasını istəyir.

İlkin variant kimi Bakı Olimpiya Stadionunun ehtiyat meydanı nəzərdə tutulub.

Məsələ ilə bağlı yaxın günlərdə qərar veriləcək.

Yeri gəlmişkən, Azər bəy ötən mövsüm “Səbail”də Şahin bəyin köməkçisi kimi çalışıb. Bu dəfə baş məşqçi qismində qarşılaşmaqları maraqlı alınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti