“Kəpəz” tanınmış məşqçinin oğlunu istəyir

24 İyun 2023 16:40 Kəpəz 4 177
“Kəpəz” tanınmış məşqçinin oğlunu istəyir

Yeni baş məşqçi Azər Məmmədovla yola çıxmağa hazırlaşan “Kəpəz” futbolçu axtarışlarını davam etdirir.

“Çərçivə”də Orxan Sadıqlı ilə Mario Mustapiçlə yollarını ayıran qərb təmsilçisi yeni qapıçıların axtarışına başlayıb.

Sportinfo.az xəbər verir ki, hədəfdə Rəşad Əzizlidir.

Ötən mövsümü “Şamaxı”da keçirən 29 yaşlı qolkiper də karyerasını Gəncədə davam etdirməkdə maraqlıdır.

İş burasındadır ki, Rəşadın zədəsi var. Çempionatın sonuncu turunda “Səbail”lə görüşdə əlindən xəsarət alan Əzizlinin hansı tarixdə sağalacağı məlum deyil.

Məhz bu səbəbdən danışıqlar uzanır, yekun nəticə hasil olmur.

Başa çatan mövsümdə meydana çıxdığı 34 oyunda qapısından 44 top buraxan Rəşad Əzizli uzun illər Azərbaycan millisində Berti Foqtsun köməkçisi kimi çalışmış, hazırda U-19 millisində qapıçılarla işləyən məşqçi kimi görəv alan Faiq Əzizovun oğludur.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti