Orxan Sadıqlı və Mario Mustapiçlə yolları ayıran "Kəpəz" qapı mövqeyinə axtarışları davam etdirir.
Baş məşqçi Azər Məmmədovun baxdığı futbolçular arasında həm əcnəbi, həm də yerli var.
Yerlilərin siyahısının başında Rəşad Əzizli gəlir.
Təcrübəli qapıçı son mövsümü "Şamaxı"da keçirib. O, 35 görüşdə bölgə klubunun qapısını qoruyub.
Əzizlinin gələn ilin yayına kimi hazırkı klubu ilə müqaviləsi var.
Qərb təmsilçisi çərçivə qoruyucusun icarəyə götürmək variantın da götür-qoy edir.
XANOĞLAN / SPORTİNFO.AZ

