“Legionerlərdən üçü bizimlə davam edəcək”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in yeni baş məşqçisi Azər Məmmədov deyib.
Onun bildirdiyinə görə, aparıcı heyət üzvlərinin əksəriyyəti düşərgəni tərk edib. Əcnəbilərdən isə Abdullahi Şuaybu, Junior Martins və Yeqor Xvalko yeni mövsümü Gəncədə keçirəcək:
“Yerli futbolçuların demək olar hamısı ilə müqavilə müddəti başa çatıb. Lakin onları saxlamağa çalışacağıq.
Bununla yanaşı, əvəzedici heyətdə çıxış edən və əsas komandaya fayda verə biləcək futbolçuları hazırlığa cəlb edəcəyik”.

