"Kəpəz"də daha bir futbolçunun taleyinə aydınlıq gəlib.
Söhbət komandanın forvardı Abdullahi Şuaybudan gedir.
Qərb təmsilçisi nigeriyalı legionerin qalmasına qərar verib.
Düzdü, növbəti yaya kimi müqaviləsi olan futbolçunu istəyən klub təzminat ödəyib onu heyətinə qata bilərdi.
Hətta təzminat haqqı olaraq 100 min də qiymət təyin olunmuşdu.
Amma "Kəpəz" rəsmiləri indi bu təklifləri də yaxın buraxmır.
Baş məşqçi Azər Məmmədovun istəyi nəzərə alınaraq 21 yaşlı qolçunun yeni mövsüm "Kəpəz"də başlamasına qərar verilib.
Şuaybu arxada qalan mövsüm meydana çıxdığı 35 görüşdə 12 qol vuraraq komandasının bombardiri olub.
XANOĞLAN / SPORTİNFO.AZ

