"Kəpəz"də vacib fiqurla bağlı yekun qərar verildi - GEDİR, YOXSA QALIR?

20 İyun 2023 23:00 Kəpəz 2 628
"Kəpəz"də vacib fiqurla  bağlı yekun qərar verildi - GEDİR, YOXSA QALIR?

“Kəpəz”də növbəti ayrılıq reallaşıb.

Nigeriyalı orta xətt oyunçusu Ahmed Ayzaya komandan ayrılıb.

Uzun müddətdir onunla davam edən danışıqlar uğursuzluqla nəticələnib.

Ayzaya yüksək maaş tələbindən vaz keçməyincə danışıqlara son verilib.

27 yaşlı yarımmüdafiəçi daha əvvəl ölkəmizdə "Zirə"də çıxış edib.

Onunla paytaxt klubundan başqa “Qəbələ” və Sumqayıt”da yaxından maraqlanır.

Afrikalı legioner yaxın günlərdə öz seçimin edəcək.

“Zirə” formasında 13 görüşə 1 qol, 3 asistlə yadda qalan Ahmed Ayzaya son mövsüm “Kəpəz”in heyətində 35 oyunda 4 qol vurub, 2 qol ötürməsi etmişdi.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti