Azərbaycanda 10 ildən sonra klubunu dəyişdi, hiss içində yazdı ki..

21 İyun 2023 01:50 Kəpəz 1 224
Azərbaycanda 10 ildən sonra klubunu dəyişdi, hiss içində yazdı ki..

"Sumqayıt"dan ayrılan Vurğun Hüseynov sosial şəbəkə hesabında paylaşım edib.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı mərkəz müdafiəçisi sabiq komandasına təşəkkür edub:

"10 il birlikdə olduğum "Sumqayıt" ailəsindən ayrılıram. Ötən 10 ildə çətin günlərimiz də olub, xoş günlərimiz də.

Burada keçirdiyim hər günün yaddaşımda gözəl xatirə kimi qalacağına əminəm.

Bu gözəl illər üçün komanda yoldaşlarım, klub rəhbərliyi, inzibati heyət, bütün ofis əməkdaşları və ən əsası azarkeşlərə "çox sağ olun" deyirəm. Ümidvaram ki, nəvaxtsa yollarımız bir daha kəsişər!"

Vurğun Hüseynov "Kəpəz"lə 1 illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti