“Kəpəz” yeganə qolunu onun qapsına vurmuş müdafiəçiyə imzanı atdırdı - FOTOLAR

19 İyun 2023 19:20 Kəpəz 1 137
“Kəpəz” yeganə qolunu onun qapsına vurmuş müdafiəçiyə imzanı atdırdı - FOTOLAR

“Kəpəz” yay fasiləsində ilk transferini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisi Vurğun Hüseynovu heyətinə cəlb edib.

Mövsüm başa çatdıqdan sonra “Sumqayıt”la yollarını ayıran 35 yaşlı mərkəz müdafiəçisi yeni komandası ilə birillik müqaviləyə qol çəkib.

Hüseynov ötən mövsüm Premyer Liqada meydana çıxdığı 25 oyunda 1 qola imza atıb. Onu da "Kəpəz"ə vurub.

Vurğun Hüseynov bir neçə gün əvvəl karyerasını bitirdiyini açıqlamışdı. O, 2013-2023-cü illərdə “Sumqayıt”ın formasını geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti