“Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri AFFA-nın təklifini geri çevirib.
O, federasiyanın komandanın baş məşqçi postunda görmək istədiyi Sənan Qurbanovla əməkdaşlıqdan imtina edib.
Tərlan Əhmədovla müqavilənin müddətini artırmayan klubun rəhbəri gəncəıli futbol adamlarının məsləhətinə qulaq asıb. Azər Məmmədovu məhz onların sözüylə iş başına gətirib.
AFFA rəsmiləri Qurbanovu “Kəpəz”ə urcah eləmək üçün çox səy göstərib. Fəqət, topladığı informasiyalar Nadiridə onun haqda mənfi rəy formalaşdırıb.
Belə ki, ilyarım öncə “Şamaxı”dan uzaqlaşdırılmış məşqçinin xasiyyətinin pis olması, komandadaxili intriqalara girişməsi, təhqiramiz ifadələrin dilindən düşməməsi sədrin Qurbanovdan üz çevirməsinin əsas səbəblərindəndir.
“Bu ki ikinci Tərlan Əhmədovdur”- “Kəpəz”in birinci şəxsinin onunla bağlı son qənaiti belədir.
SPORTİNFO.AZ

