Ötən mövsümün ikinci yarısını “Kəpəz”də keçirən Abdulla Rzayev “Sabah”a qayıdıb.
Buna səbəb 21 yaşlı müdafiəçinin müqavilə ilə məhz bu kluba məxsus olmasıdır.
Başa çatan mövsümdə sərgilədiyi oyunla adından söz etdirən Rzayev, çox güman, “Sabah”da qalmayacaq.
Murad Musayev həmin mövqedə Amin Seydiyevə güvənir ki, Abdullanın ehtiyatda qalması plana daxil deyil. Futbolçunun özü də mütəmadi şans qazanacağı komandada oynamaq həvəsindədir.
Belədə, o, yenidən “Kəpəz”in formasını geyinə bilər. “Sumqayıt”, eləcə də, Premyer Liqaya yeni vəsiqə qazanan “Araz Naxçıvan” da ötən mövsümün kəşfi ilə yaxından maraqlanır.
Abdulla Rzayev 2022/23 futbol ilinin ilk yarısını “Şamaxı”da keçirib və cəmi 4 oyunda şans qazanıb. “Kəpəz”ə gəldikdən sonra Premyer Liqada 18 matçın hamısında iştirak edib.
HƏBİB / SPORTİNFO.AZ

