“Dauqavpils”in futbolçusu karyerasını vətənində davam etdirə bilər.
transfer işlərini sürətləndirən “Kəpəz” Ramin Nəsirli ilə güclənmək niyyətindədir.
Bu ilin martında “Neftçi”ni icarə əsasında Latviya klubuna dəyişən 20 yaşlı yarımmüdafiəçi anlaşmanın şərtinə əsasən 2023-cü ilin dekabrına qədər “Dauqavpils”ə məxsusdur.
Lakin “Kəpəz” Nəsirlini Azərbaycana gətirməkdə israrlıdır.
Bunun üçün öncə latviyalılarla razılığa gəlib icarə müqaviləsinə xitam vermək gərəkir, daha sonra “Neftçi”ni hansısa mənada yola gətirmək.
Hazırda əsas məqsəd maddi planda Raminlə ortaq dil tapmaqdır. Maaş məsələsi razılaşdırılsa, istedadlı gənc növbəti mövsümə “Kəpəz”də başlayacaq.
“Neftçi”nin yetirməsi olan Ramin Nəsirli Latviyanın yüksək liqasında şans qazandığı 18 oyunda vurduğu 2 qolla yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ

