Bölgə klubundan ayrılan forvarda iki klubdan TƏKLİF VAR

21 İyun 2023 23:40 Kəpəz 1 216
Bölgə klubundan ayrılan forvarda iki klubdan TƏKLİF VAR

"Sabah"ın forvardı Kamran Quliyevin xidmətində iki Premyer Liqa təmsilçisi maraqlıdır.

Söhbət "Kəpəz" və "Səbail"dən gedir.

Hər iki komanda da Quliyev üçün paytaxt təmsilçisi ilə danışıqlara start verib.

Muqavilə ilə Masazır klubuna məxsus olan forvard böyük ehtimal, yeni mövsümü bu iki klubdan birində keçirəcək.

O, son mövsümü icarə əsasında "Şamaxı"da keçirib.

23 yaşlı oyunçu 33 oyunda meydana çıxıb və 5 qol, 2 qol ötürməsi ilə sezonu başa vurub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!