«Kəpəz» Abdullahi Şuaybunun transfer qiymətini qaldırıb.
Az qala iki dəfəyə yaxın.
Buna səbəb nigeriyalıya həm ölkə daxilindən, həm də bəzi xarici klublarından təkliflərin olmasıdır.
Ötən mövsüm sarı-göy formada meydana çıxdığı 35 oyunda rəqib qapılarına 12 qol vuran afrikalını transfer etmək istəyən komanda Gəncə təmsilçisinə 100 min dollar təzmnat ödəməlidir.
Bir neçə gün əvvələ kimi isə bu rəqəm 100 min manatı keçirmirdi. Ötən ilin yayında «Kəpəz»ə gələn Şuaybunun müqaviləsi 2024-cü ilin iyununadək qüvvədədir.
SPORTİNFO.AZ

