Azərbaycan klubunda doqquzuncu ayrılıq – Bu dəfə o…

18 İyun 2023 01:00 Kəpəz 1 164
Azərbaycan klubunda doqquzuncu ayrılıq – Bu dəfə o…

“Kəpəz”dən ayrılan futbolçu sayı 9-a çatıb.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi Giorgi Kantariyanın da növbəti mövsümü Gəncə klubunda keçirməyəcəyi dəqiqləşib.

Bölgə təmsilçisi 26 yaşlı gürcüstanlı oyunçu ilə başa çatan müqaviləsini yeniləməmək qərarına gəlib.

O, ötən mövsüm komandanın heyətində çempionatda keçirdiyi 31 oyunda 2 məhsuldar ötürmə verib.

“Kəpəz” buna qədər yay fasiləsində Mario Mustapiç, Salif Sisse, Nicat Süleymanov, Zamiq Əliyev, Samir Məhərrəmli, Fərid Nəbiyev, Yusif Nəbiyev və Orxan Sadıqlı ilə yollarını ayırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti