“Canımız qurtardı” – Tərlan Əhmədov Gəncə publikasını iki “cəbhə”yə böldü

13 İyun 2023 22:40 Kəpəz 1 860
“Canımız qurtardı” – Tərlan Əhmədov Gəncə publikasını iki “cəbhə”yə böldü

“Kəpəz”də baş məşqçi dəyişikliyi rəsmi təsdiqini tapdı.

Xarakterindəki problemlər ucbatından yeni müqavilə imzalanmayan Tərlan Əhmədovu qərb futbolunun yetirməsi Azər Məmmədov əvəzlədi.

Məlum dəyişiklikdən sonra Gəncə publikası iki yerə bölünüb.

Tərlan Əhmədovun tərəfdarları və Azər Məmmədovu gül-çiçəklə qarşılayanlar.

Klubun sosial media hesablarında məlum təyinatla bağlı paylaşımlar edilib ki, iki cəbhəyə bölünənlərin şərhləri maraq doğurur.

Bu da gəncəlilərin Əhmədov-Məmmədov dəyişikliyinə münasibəti:

“Təbrik edirəm. Uğurlar arzulayıram”.

“Kaş ki, Tərlan Əhmədov qalardı”.

“Tərlan Əhmədovu göndərməklə səhv edildi”.

“Çox düzgün qərardır”.

“Təbriklər. Canımız qurtardı”.

“Heç xeyirli olmasın. “Kəpəz” növbəti mövsümdə sonuncu olacaq və biz bu komandanı bir daha Premyer Liqada görməyəcəyik”.

“Təəssüflər olsun ki, “Kəpəz” irəli getməkdənsə, geriyə addım atır”.

“Xeyirli-uğurlu olsun”.

“Kəpəz” onsuz da çətin günlər yaşayırdı. Bundan da çətin günlər gözləyir”.

“Uğurlar. “Kəpəz” yenidən canlanır”.

“Çox gözəl. Təbrik ediri Azər Məmmədovu. Uğurları bol olar, inşallah. Baş məşqçinin gəncəli olmasına görə sevindik”.

“Tərlan Əhmədov pis vəziyyətdə gəldi, komandanı xilas etdi. Bu da sağolunuz”.

Buna qədər “Səbail”, “Qarabağ”, “Zirə” kimi komandalarda çalışan Azər Məmmədovla 1+1 şərti ilə müqavilə imzalanıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti