Azərbaycan klubunda üçüncü legionerin ADI MƏLUM OLDU

12 İyun 2023 23:40 Kəpəz 3 373
Azərbaycan klubunda üçüncü legionerin ADI MƏLUM OLDU

Tərlan Əhmədovla yolları ayırıb Azər Məmmədovla “nikaha girən” qərb təmsilçisi növbəti mövsüm üçün çalışmalara start verib.

İndi qarşıda duran əsas məqsəd heyətin komplektləşdirilməsidir.

Ötən mövsümdəki komandanın əksər üzvlərinin “Kəpəz”i tərk etməsi Məmmədovun işini çətinə salıb.

Abdullahi Şuaybu ilə Junior Martinsin klubla müqaviləsinin müddəti davam etdiyindən, azarkeşlər bu cütlüyü sarı-göy formada izləyə biləcək.

Artıq növbəti legionerin adına aydınlıq gəlib. Yeqor Xvalko da yeni sözləşməyə qol çəkməyə razılıq verib.

Anlaşmasının müddəti başa çatan belaruslu mərkəz müdafiəçisi qarşıdakı 1 ildə “Kəpəz”in şərəfini qoruyacaq.

Xvalko ötən mövsüm Gəncə təmsilçisinin heyətində meydana çıxdığı 27 oyunda 2 qolla yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti