"Kəpəz"i gözləyən CİDDİ TƏHLÜKƏ QAPIDA!

13 İyun 2023 19:00 Kəpəz 1 447
"Kəpəz"i gözləyən CİDDİ TƏHLÜKƏ QAPIDA!

Tərlan Əhmədovla yolları ayıran “Kəpəz” yola Azər Məmmədovla davam edəcək.

Tərlan Əhmədovdan başqa bölgə klubu ilə yerli futbolçulardan Orxan Sadıqlı, Fərid Nəbiyev, Yusif Nəbiyev, əcnəbilərdən isə Mario Musatipçlə, Salif Sisse rəsmi olaraq yolları ayırıb.

Qeyri-rəsmi olaraq isə Abdullahi Şuaybu, Ahmed Ayzaya, Giorgi Kantariya, Mate Kvirkviyanın gedəcəyi dəqiqləşib.

Adı çəkilənlərin böyük əksəriyyəti arxada qalan mövsüm komandanın əsas simaları hesab olunurdu.

Bir sözlə, köhnə kvardiya dağılıb, yenisi ilə əvəzlənəcək.

Amma klubdan əldə etdiyimiz məlumata görə, yeniləcək heyət heç də gedənlərdən güclü və qiymətli oyunçulardan təşkil olunmayacaq.

Arxada qalan sezonu kəsrlə bağlayan qərb təmsilçisi yeni mövsümə güclü olmayan futbolçulardan təşkil olunmuş komanda ilə hazırlaşacaq.

Heyətdə daha çox gənc yerlilərə yer veriləcək.

Gənc mütəxəssisin qarşısına əsas məqsəd kimi elita qalmaq tapşırığın qoyulması da bundan irəli gəlir.

Bir halda şərtlər dəyişə bilər.

Əgər son anda “Kəpəz”ə yeni sponsor tapmaq mümkün olsa.

Hazırda belə ehtimal o qədər də yüksək deyil.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti