Yeni baş məşqçinin korpusu məlum oldu - 4-ü də yerlidir

12 İyun 2023 16:40 Kəpəz 4 209
Yeni baş məşqçinin korpusu məlum oldu - 4-ü də yerlidir

“Kəpəz”i növbəti mövsümdə Azər Məmmədov çalışdıracaq.

Futbolçu kimi uzun illər “Kəpəz”in şərəfini qorumuş mütəxəssisin təyinatı bu gün rəsmiləşib.

Artıq onun köməkçilərinin adına da tamamilə aydınlıq gəlib.

Məşqçilər heyəti büsbütün gəncəlilərdən təşkil olunacaq. “Pro” kateqoriyalı Etibar İbrahimov, ötən mövsüm əvəzedici komandanı çalışdırmış Xaliq Mərdanov, sonuncu iş yeri “Qarabağ” olan Vasif Vəliyev ona kömək edəcək.

Qapıçılarla işləyən məşqçi isə 2012-ci ildən bu sənətə başlayan Tariyel Hüseynov olacaq.

Azər Məmmədovun yanında görmək istədiyi köməkçilər bunlardır. Danışıqlar prosesində ortaya hansısa əmma çıxmasa, məşqçilər heyəti bu formada təsdiqlənəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!