Premyer Liqada getdiyi hər klubdan qovulan “XAOS ADAMI” - VİDEO

10 İyun 2023 14:00 Kəpəz 1 909
Premyer Liqada getdiyi hər klubdan qovulan “XAOS ADAMI” - VİDEO

“Kəpəz" Tərlan Əhmədovla başa çatan müqaviləni yeniləmədi.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov qeyd edib ki, Azərbaycan futbolunda özü haqda bu qədər mənfi imic formalaşdıran ikinci məşqçi yoxdur:

"Kəpəz"də ötən mövsümdən bəri xaos davam etməkdədir. Klub rəhbərliyi Tərlan Əhmədovla müqaviləni yeniləmir.

Onun komandası meydanda fərq yaratsa da, xarakterində, girdiyi qalmaqallarla qazandığı nəticələri kölgə altına salır.

Meydandankənar davranışları bugünə kimi çalışdırdığı komandalarda ən çox müzakirə mövzusu olub. Məhz "Kəpəz" rəhbərliyi də buna görə Əhmədovla müqaviləni yeniləməyi lazım bilməyib.

Onun sözləri ilə əməlləri üst-üstə düşmür. Məsələn, "Turan Tovuz"la kubok matçından sonra verdiyi açıqlamalar hər birinizin yadındadır.

Demişdi ki, "Kəpəz"i elitada saxlayıb, mövsümün sonunda buradan ayrılacam. Amma son bir ayda "U" dönüşü edərək, sözlərinin üstündə durmadı.

Gərək, dediyin sözlərə əməl edəsən. Tərlan Əhmədov meydanda gördüyü işlərlə milli komandanı çalışdırmağa layiqdir.

Lakin özü də düşünməlidir ki, hansı əməllərinə görə bu səviyyəyə layiq görülmür. Hər halda o, bilir bunu deyəndə nələri nəzərdə tuturam".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti