Tərlan Əhmədovla başa çatan müqaviləni yeniləməyən “Kəpəz” mövsümə yeni çalışdırıcı ilə başlayacaq.
Gün ərzində Azər Məmmədovun təyinatı rəsmiləşəcək.
Bunun üçünsə klubun İdarə Heyətinin üzvləri bir araya gələcək.
Dəyişiklik təkcə məşqçilər heyəti ilə bağlı deyil. Belə ki, İdarə Heyətində yeni ad(lar) gözlənilir.
Həmin şəxslərin adlarını dəqiqləşdirməkdə çətinlik çəksək də, futbol həvəskarı olan şəxslərin hansısa formada “Kəpəz”ə yardım edəcəyi dəqiqdir.
Yaxın saatlarda baş tutacaq klubdaxili iclasdan sonra yeniliklər haqda ictimaiyyətə ətraflı məlumat veriləcək.
HƏBİB / SPORTİNFO.AZ

