“Mən işimin başındayam, heç bir problemimiz yoxdur, yazılanların hamısı şaiyədir”

10 İyun 2023 01:10 Kəpəz 3 060
“Mən işimin başındayam, heç bir problemimiz yoxdur, yazılanların hamısı şaiyədir”

Sportinfo.az xəbər verir ki, “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədovun klubla yollarını ayırdığı ilə bağlı məlumatlara münasibət bildirib.

O, “qafqazinfo”ya açıqlamasında iddia edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Bəzi media orqanlarında məlumat yayılıb ki, mən “Kəpəz”dən ayrılmışam. Lakin mən hazırda işimin başındayam.

Klubun Prezidenti İqar Nadiri ilə görüşümüz olub. Onunla gələcək planlarımızla bağlı söhbətimiz baş tutub.

Həmçinin, yeni gələcək və komandanı tərk edəcək futbolçularla bağlı müzakirələrimiz də baş tutub. Heç bir problemimiz yoxdur, yazılanların hamısı şaiyədir.

Bu gün də Gəncə şəhərində olmuşam. Həmçinin, Gənclər və İdman Nazirliyi ilə də görüşümüz baş tutub.

Hazırda Bakıya gedirəm, yenidən Gəncəyə qayıdacam. Yeni mövsümə hazırlıq planlarımız var. Hazırda kluba transfer olunacaq futbolçularla danışıqlar gedir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti