Nazir bu klubun problemi haqda: “Hazırda bizdə o vəsait yoxdur, heç vaxt deməmişik ki…” - FOTOLAR

9 İyun 2023 23:20 Kəpəz 1 397
Nazir bu klubun problemi haqda: “Hazırda bizdə o vəsait yoxdur, heç vaxt deməmişik ki…” - FOTOLAR

Sportinfo.az xəbər verir ki, Gəncə şəhərində səfərdə olan gənclər və idman naziri Fərid Qayıbov “Kəpəz "in stadionunun təmiri ilə bağlı məsələyə münasibət bildirib.

Nazir qeyd edib ki, bunun üçün birinci növbədə vəsait lazımdır.

“Birincisi, stadionun təmir olunması üçün vəsait lazımdır. Hazırda bizdə o vəsait yoxdur. Biz heç vaxt deməmişik ki, oranı təmir edəcəyik.

O, məlumat mediaya kimlər tərəfindən gəlibsə, onu araşdıra bilərsiz. Stadion bizim balansızmızdadır və biz başa düşürük ki, ora təmir olunmalıdır.

Onun üzərində hazırda çalışırıq. Sizə bu dəqiqə konkret məlumat deyə bilməyəcəm.

Amma onu deyə bilərəm ki, biz problemi bilirik, görürük və problemin üzərində çalışırıq. Meydançalar yaxşıdır.

Orada akademiya da yaradılıb. Akademiyanın meydançaları AFFA tərəfindən təmir olunub. Bir qalır tamaşaçılar üçün tribunalar”, - nazir F.Qayıbov bildirib.”, - nazir F.Qayıbov bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti