“Kəpəz”in Tərlan Əhmədovla müqavilənin müddətini uzatmamasını xəbər vermişdik.
Ötən ilin payızında komandanı Yaşar Vahabzadədən təhvil almış mütəxəssisin həm klub rəhbərliyi, həm də digər əməkdaşlarla mövsümboyu yaşadığı problemlər onunla bağlı sonda belə bir qərarın çıxarılmasına səbəb olub.
Artıq onu kimin əvəzləyəcəyi də məlumdur. “Kəpəz” elə öz yetirməsinə tapşırılacaq.
Ötən mövsümün əvvəlində “Zirə”nin əvəzedici heyətina başçılıq etmiş, bu ilin əvvəlindən isə “Səbail”də Şahin Diniyevin köməkçisi işləmiş Azər Məmmədov sükan arxasına gətiriləcək.
Onunla 1+1 illik müqavilə imzalanması nəzərdə tutulub.
SPORTİNFO.AZ

