Azərbaycanda yayın ilk baş məşqçi ayrılığı – SON DƏQİQƏ

9 İyun 2023 16:00 Kəpəz 3 869
Azərbaycanda yayın ilk baş məşqçi ayrılığı – SON DƏQİQƏ

Azərbaycanda mövsümlərarası fasilənin ilk baş məşqçi ayrılığı gerçəkləşib.

“Kəpəz” Tərlan Əhmədovla yeni müqavilə imzalamayıb.

Ötən mövsümün əvvəlində Yaşar Vahabzadənin yerinə gətirilmiş mütəxəssisin klub rəhbərliyi ilə son görüşü yarımçıq başa çatıb.

İdarə Heyətinin sədri İlqar Nadiri bütün təkid və təzyiqlərə baxmayaraq, onu komandada saxlamaqdan imtina edib və bunu Əhmədovun özünə də deyib.

“Kəpəz”in birinci şəxsi bidirib ki, Premyer Liqada yerlərini qorusalar da, bu müddətdə yaşanan qalmaqallar və digər problemlər onu yorub.

Əhmədovu ziddiyətli xasiyyətindən və daim müxtəlif şəxslərlə intriqa aparmasından dolayı narazı qalan Nadiri gələcək əməkdaşlıqda heç bir perspektiv görmədiyini və vida vaxtının çatdığını qeyd edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti