"Kəpəz"də ayrılıqlar davam edir.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Salif Sisse və Mario Mustapiçlə də yola davam etmək istəməyib.
Gəncə klubunun rəhbərliyi iki futbolçuya da müqavilə müddətini artırmaq üçün təklif etməyib.
Fransalı hücumçu Salif Sisse "Kəpəz"də 13 oyun keçirib 1 qol vurub. Xorvatiyalı qapıçı Mario Mustapiç isə 9 matçda 12 top buraxıb.

