Kapitanı 6000 manat məvaciblə bu kluba gətirdilər - FOTO

5 İyun 2023 14:40 Kəpəz 4 507
Kapitanı 6000 manat məvaciblə bu kluba gətirdilər - FOTO

“Kəpəz” daha bir futbolçusu ilə yollarını ayırıb.

Müdafiəçi Yusif Nəbiyev Gəncə klubunu tərk edib.

Bu barədə 26 yaşlı cinah oyunçusu özü instaqram səhifəsində paylaşım edib.

Kapitan “Hər şeyə görə çox sağ ol, “Kəpəz” yazaraq, komandası ilə vidalaşıb.

“Kəpəz” daha əvvəl Mario Mustapiç, Salif Sisse, Nicat Süleymanov, Zamiq Əliyev, Samir Məhərrəmli və Fərid Nəbiyevlə yollarını ayırmışdı.

Yusif Nəbiyev gələn mövsümü “Səbail”də keçirəcək. “Dənizçilər”lə 1+1 illik müqavilə imzalayıb.

“Kəpəz”də ayına 4500 manat qazanan müdafiəçi Bayıl təmsilçisində 6000 əməkhaqqı alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!