“Heç nə dəyişməsə, bu şərtlər altında klubda qalmayacam”

29 May 2023 21:20 Kəpəz 1 202
“Heç nə dəyişməsə, bu şərtlər altında klubda qalmayacam”

“Bu cür şəraitdə “Kəpəz”də qalmaq istəmirəm.

Heç nə dəyişməsə, bu şərtlər altında burada qalmayacam”.

“Kəpəz”in futbolçusu Georgi Kantariya Sportinfo.az-a açıqlamasında komandasındakı gələcəyi haqda danışıb.

Gəncə təmsilçisi mövsümboyu çox çətinliklərə sinə gərdi. Çempionatın əvvəlində baş məşqçi dəyişikliyi oldu.

Tərlan Əhmədovun gəlişindən sonra söz-söhbətlərlə bağlı problemlər baş qaldırdı.

Qış fasiləsindən sonra Gəncə şəhər stadionunun ot örtüyünün yararsız hala düşməsinə görə komanda ev oyunlarını Qəbələdə keçirmək məcburiyyətində qaldı.

Şəraitsizlik və maliyyə azlığı da sadalana biləcək çətinliklərdəndir.

Kollektivin vacib fiqurlarından olan gürcüstanlı dayaq yarımmüdafiəçisi verdiyi açıqlama ilə bir növ sponsorlara və rəhbərliyə mesaj göndərib:

“Hansı çətinliklərə sinə gərdiyimizi hər kəs yaxşı bilir. Çox şərtlər altında dəfələrlə çətin durumdan çıxmağı bacardıq.

Bunun üçün məşqçilər heyətinə, futbolçu yoldaşlarıma və daim yanımızda olan təşəkkür etmək istəyirəm.

Heç nədən nəsə etməyə çalışaraq köklü komandanı Premyer Liqada saxlayıb adımızı klubun tarixinə yazdırdıq.

Bunun özü bizim üçün böyük fəxrdir. Həm rəqiblərə qarşı mübarizə apardıq, həm də çətinliklərə qarşı. Ona görə də başımızı dik tuta bilərik”.

Georgi Kantariya cari Premyer Liqa mövsümündə meydana çıxdığı 30 oyunda 2 məhsuldar ötürmə verib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti