"Kəpəz"in "vuran ayağı" Tərlan Əhmədovun FOTOsunu paylaşdı, İŞARƏ VERDİ Kİ…

29 May 2023 16:40 Kəpəz 1 375
"Kəpəz"in "vuran ayağı" Tərlan Əhmədovun FOTOsunu paylaşdı, İŞARƏ VERDİ Kİ…

Abdullahi Şuaybu "Kəpəz"lə yollarını ayıracaq.

Qərb təmsilçisinin "vuran ayağı" Premyer Liqa klublarının diqqət mərkəzindədir.

Karyerasını şəraiti yüksək və nisbətən imkanlı klubda davam etdirmək istəyən nigeriyalı forvard hələ ki, seçim edir.

"Kəpəz"dən ayrılacağı böyük ölçüdə dəqiqləşən Şuaybu "instagram" hesabında etdiyi paylaşımla xəbərə şübhə yeri qoymayıb.

O, Tərlan Əhmədovla şəklini paylaşaraq bu sözləri yazıb:

"Əlhəmdülillah. Bəlkə də Allahın mənim üçün növbəti addımı daha yaxşı və möhtəşəm olacaq".

"Kəpəz"lə ötən ilin yayında 1 illik müqavilə bağlayan 21 yaşlı futbolçu Premyer Liqada meydana çıxdığı 34 oyunda 11 qol vurub, 5 məhsuldar ötürmə verib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti