İndi o da olmayacaq - Mövsümü başa vurdu

25 May 2023 23:40 Kəpəz 1 011
İndi o da olmayacaq - Mövsümü başa vurdu

Premyer Liqanın 35-ci turu çərçivəsində “Kəpəz” Qəbələdə “Neftçi”ni qəbul edib.

Gəncəlilərin aparıcı futbolçularından olan Mate Kvirkviya qarşılaşmanı kənardan izləyib.

Buna səbəb gürcüstanlı vingerin məşqlərin birində aldığı zədədir. Ayağından xəsarət alan Kvirkviya üçün mövsüm vaxtından əvvəl başa çatıb.

Belədə, o, sonuncu turda “Qəbələ” ilə matçda da iştirak edə bilməyəcək.

“Sarı-göylər”in vacib fiqurlarından olan Mate Kvirkviya cari Premyer Liqa mövsümündə meydana çıxdığı 32 oyunda 2 qol vurub, 5 məhsuldar ötürmə verib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Yanvar 20:00 Çək və bizə göndər!
4 Yanvar 08:00 Yollar buz bağlayacaq