Azərbaycanda çıxış edən legioner ilk dəfə milliyə çağırıldı

24 May 2023 13:40 Kəpəz 984
Azərbaycanda çıxış edən legioner ilk dəfə milliyə çağırıldı

Azərbaycan Premyer Liqasında çıxış edən Yeqor Xvalko ilk dəfə Belarus millisinə dəvət alıb.

Sportinfo.az xəbər verir ki, “Kəpəz”in müdafiəçisi AVRO-2024-ün seçmə mərhələsinin iyunda keçiriləcək oyunlarında debüt etmək imkanı qazanıb.

Çünki baş məşqçi Georgi Kondratyev 26 yaşlı mərkəz müdafiəçisini 33 nəfərlik ilkin siyahıya salıb. Mütəxəssis iyunun 10-da başlayacaq təlim-məşq toplanışının ardından 23 nəfərlik yekun heyəti müəyyənləşdirəcək.

Belarus millisi İ qrupu çərçivəsində iyunun 16-da İsrail, 19-da isə Kosovo ilə qarşılaşacaq.

Yeqor Xvalko “Kəpəz”ə mövsümün əvvəlində ölkəsinin “Arsenal” klubundan keçib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!